bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Ayntraxt"dan "Fənərbağça"ya

09.01.2020 08:33 Oxundu 341

Frankfurt “Ayntraxt”ının futbolçusu Simon Falettenin” “Fənərbaxçaya keçidi rəsmiləşib.

Cempion.az İstanbul klubunun saytına istinadən xəbər verir ki, qvineyalı müdafiəçi yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. “Fənərbaxça” icarə müddəti başa çatdıqda futbolçunu satınalma hüququna da sahibdir.

Qeyd edək ki, “Loryan”ın yetirməsi olan 27 yaşlı futbolçu karyerası ərzində “Laval”, “Brest”, “Mets” klublarında da çıxış edib. O, 2017-ci ildən “Ayntraxt”da oynayırdı.