bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Everton" azarkeşləri bazaya getdi və futbolçularla görüş tələb etdi

09.01.2020 14:21 Oxundu 350


"Everton" azarkeşləri klubun bazasına gedərək, futbolçularla görüş tələb ediblər.

Cempion.az "Telegraph"a istinadən  xəbər verir ki, buna komandanın İngiltərə kubokunun 1/32 finalında "Liverpul"a 1:0 hesabı ilə uduzması səbəb olub.

Tərəfdarlar futbolçularla görüşə buraxılmasa da, klubun idman direktoru Marsel Brands onların yanına gəlib. Gələn həftə "Everton"la azarkeşlər arasında görüşün keçiriləcəyi bildirilib. Görüşdə Karlo Ançelotti və klubun sahibi Fərhad Moşirin də iştirak edəcək.

Qeyd edək ki, "Everton" hazırda Premyer Liqanın turnir cədvəlində 25 xalla 11-ci yeri tutur.