bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Roma"da yeni müqavilə

09.01.2020 16:00 Oxundu 300


“Roma” futbolçusu Brayan Kristante ilə müqavilə müddətini uzadıb.

Cempion.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb. Onunla 2024-cü ilin yayına qədər yeni müqavilə imzalandığı bildirilib.

24 yaşlı italiyalı paytaxt klubuna 2018-ci ilin yayında “Atalanta”dan keçib. O, “Roma”da keçirdiyi 54 oyunda 5 qol vurub.