09.01.2020 16:38
315

"Barselona"nın "Atletiko" ilə Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku matçından öncə baş tutmalı olan mətbuat konfransı təxirə salınıb.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanı aparan avtobusun yanlış stadiona getməsi olub.
Avtobus Ciddə şəhərindəki "Əl İttihad" stadionuna getməli olsa da, səhvən şəhərin 60 kilometr şimalına - "King Abdullah Sport City" arenasına yollanıb. Nəticədə mətbuat konfransı təxirə salınıb.
Qeyd edək ki, "Barselona" - "Atletiko" görüşü sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək.