
Yeni formatda keçiriləcək İspaniya superkubokuna bu axşam start veriləcək.
Cempion.az xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil edilən yarışda 4 komanda - "Real", "Barselona", "Atletiko" və "Valensiya" "uduzan çıxır" sistemi üzrə mübarizə aparacaq.
İlk oyun bu axşam saat 23:00-da Ciddə şəhərində "Real"la "Valensiya" arasında başlayacaq. "Barselona"-"Atletiko" qarşılaşması isə sabah keçiriləcək. "Barsa"nın bu matç üçün iştirak ərizəsi artıq məlumdur.
Heyətdə zədəli futbolçular – Mark-Andre ter Ştegen, Artur və Osman Dembele yer almayıb.
Superkubok oyunlarında baş məşqçi Ernesto Valverdenin ixtiyarında 24 futbolçu olacaq. Katalonlar yarımfinalda “Atletiko” ilə qarşılaşacaq.
Qapıçılar: Neto, İnyaki Penya, Arnau Tenas;
Müdafiəçilər: Nelson Semedo, Xerard Pike, Jan-Kleyr Todibo, Klemen Lanqle, Jordi Alba, Samuel Umtiti, Junior Firpo, Mussa Vaqe, Ronald Arauxo;
Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Serxi Roberto, Frenki de Yonq, Arturo Vidal, Riki Puiq, Aleks Kolyado;
Hücumçular: Karles Peres, Ansu Fati, Luis Suares, Lionel Messi, Antuan Qrizmann.