09.01.2020 16:09
480


Hazırda Gəncənin “Kəpəz” komandasının üzvü olan 17 yaşlı Cavid Qurbanov Lvovun “Rux” komandasına transfer oluna bilər.
“Çempion.az” xəbər verir ki, futbolçunun transfer ilə əlaqədar olaraq Ukrayna komandasının prezidenti Qriqoriy Kazlovski “Kəpəz”in rəhbərliyinə rəsmi məktub ünvanlayıb. “Kəpəz” komandası razılıq verəcəyi halda futbolçu yanvarın 15-dən “Rux”un düşərgəsində olacaq, Lvov şəhəri , klubun infrastrukturu ilə tanışlıqdan sonra kollektivlə məşqlər keçəcək. 2 həftəlik tanışlıqdan sonra tərəflər transfer müqaviləsi üçün danışıqlar masasına oturacaqlar.
Xatırladaq ki, Cavid Qurbanov, bir neçə gün əvvəl "Kəpəz"in əsas heyətinə cəlb edilib.