09.01.2020 22:28
323


"Dinamo" klubu millimizin hücumçusu Ramil Şeydayevlə yollarını ayrıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, onunla bu ilin yayına qədər olan müqavilə qarşılıqlı razılaşma yolu ilə ləğv edilib. Dinamo rəsmiləri millimizin futbolçusuna təşəkkürünü bildirib.
Qeyd edək ki, Şeydayev keçən ilin yayında Moskva "Dinamo"suna transfer olmuşdu. O, paytaxt təmsilçisinin heyətində 9 oyun keçirib və qol vura bilməyib.