09.01.2020 22:45
400


"Tobol" klubunun prezidenti Nikolay Panin Emil Balayev haqqında danışıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, o, komanda ilə təlim-məşq toplanışı üçün Dubayda olan millimizin qolkiperinin Türkiyəyə gedəcəyini deyib: "Emilin İstanbulda bərpası nəzərdə tutulub. Toplanışın bir hissəsini orada keçirəcək, fərdi proqram üzrə hazırlaşacaq".
Qeyd edək ki, "Tobol"da baş məşqçi postuna erməni Qriqori Babayanın gətirilməsindən sonra Emil Balayevin klubdan ayrılacağı iddia olunur.