09.01.2020 23:04
351


Voleybolçu qadınlardan ibarət milli komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün növbəti oyununa çıxıb.
Cempion.az xəbər verir ki, A qrupunda yer alan yığmamız Bolqarıstanla qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, bolqarların qrupda son oyunu olub. Onlar ilk oyunda Polşaya 1:3, 2-ci turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.