bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Kayserispor"da 3 yeni futbolçu

09.01.2020 23:40 Oxundu 373

"Kayserispor" heyətini 3 futbolçu ilə gücləndirib.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, milllimizin sabiq çalışdırıcısı Robert Prosineçki heyətə 3 yeni futbolçu cəlb edib. Bunlar məlum əsgər salamına görə  Almaniyanın “Sankt-Pauli” komandasından ayrılan türk futbolçu Cenk Şahin, Xorvatiyanın “Rijeka” klubundan Zoran Kvrziç və Çexiyanın “Mlada Boleslav” komandasından Muris Mesanoviçdir. C.Şahin və Mesanoviçlə  6 aylıq, Kvrziçlə 2.5 illik müqavilə imzalanıb. Hər üç futbolçu komandanın Antalyadakı təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, “Kayserispor” 10 xalla turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.