10.01.2020 00:01
401

Türkiyə çempionu “Qalatasaray” heyətini daha bir futbolçu ilə gücləndirib .
Cempion.az xəbər verir ki, “Əskişəhərspor”da forma geyinən Jesse Sekidika bundan sonra "sarı qırmızılılar"ın şərəfini qoruyacaq. Nigeriyalı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. 23 yaşlı hücumçu "Qalatasaray"da 28 nömrəli formanı geyinəcək. “Cim-Bom” yeni hücumçusuna bu mövsümün qalan hissəsi üçün 125 min avro ödəyəcək. Qarşıdakı illərdə isə futbolçu ildə 250 min avro qazanacaq.
Sekidika bu mövsüm “Əskişəhərspor”da 16 oyuna çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, nigeriyalı forvard 2019-cu ilin əvvəlində “Neftçi”də də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.