bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Leypsiq"in futbolçusu "Napoli"də

10.01.2020 00:19 Oxundu 362


"Leypsiq"in futbolçusu Dieqo Demme karyerasını İtaliyada davam etdirəcək.
Cempion.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün ikinci yarsından "Napoli"nin formasını geyinəcək. Klublar arasında danışıqlar müsbət nəticələnib. Razılaşmaya əsasən, bonuslarla birlikdə Bundesliqa təmsilçisi 12 milyon avro qazanacaq. İtaliyan əsilli futbolçu artıq "Napoli"yə yola düşüb.
O, Neapol təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq. 29 yaşlı oyunçunun sözləşmə müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Dieqo Demme bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb.