10.01.2020 00:40
365

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 4-də bir araya gələn “qırmızı-qaralar” hazırlıqlarını Bakıda gerçəkləşdirir. Komanda məşqlərini "Bakı Olimpiya" Stadionunda keçirir. “Qəbələ” bu gün yoxlama oyununa çıxacaq. Elmar Baxşıyevin komandası 2020-ci ildəki ilk qarşılaşmasında MOİK-lə görüşəcək. I divizion təmsilçisi ilə yoldaşlıq oyunu "Bakı Olimpiya" Stadionunun ehtiyat meydançasında saat 15:00-da başlayacaq.