10.01.2020 00:55
447

Səudiyyə Ərəbistanda keçirilən İspaniya superkubokunda sonuncu finalçı müəyyənləşib.
Cempion.az xəbər verir ki, yarımfinal oyununda "Barselona" "Atletiko" ilə qarşılaşıb. Hesabda geri düşmələrinə baxmayaraq, son dəqiqəyə qədər mübarizə aparan Madrid klubu oyunun sonlarına yaxın nəticəni öz xeyirlərinə dəyişə biliblər. Sonda 3:2 hesablı qələbəyə sevinən "Atletko" komandası finala yüksəlib.
"Barselona" - "Atletiko" - 2:3
Qollar: Koke, 46 (0:1), Messi, 51 (1:1), Qrizmann, 63 (2:1), Morata, 81-pen (2:2), Korrea, 86 (2:3)
Qeyd edək ki, yanvarın 12-də keçiriləcək final matçında Madridin iki təmsilçisi – “Real” və “Atletiko” qarşılaşacaq.