10.01.2020 10:30
381

Moskvanın “Dinamo” klubunun milli komandamızın hücumçusu Ramil Şeydayevlə müqaviləni ləğv etməsi futbolçunu narazı salıb.
Cempion.az xəbərinə görə, “Sport-ekspress” qəzeti yazıb ki, futbolçunun yaxınları Ramilin hələ daha yarım il – müqaviləsinin müddəti başa çatana qədər “Dinamo”da oynayacağını nəzərdə tutubmuş.
Bu məsələ ilə əlaqədar Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlər üzrə Palatasına müraciət ediləcəyi istisna olunmur.
Xatırladaq ki, bu gün “Dinamo” rəsmən R.Şeydayevlə müqavilənin ləğv olunduğunu açıqlayıb.