bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Azərbaycan millisinin şərəfini qoruyan futbolçunun bərbəri erməni imiş - FOTO

10.01.2020 12:15 Oxundu 362


"Erzgebirge"də çıxış edən millimizin futbolçusu Dmitri Nazarov Azərbaycanda narazılıq doğuracaq addım atıb.

Cempion.az xəbər verir ki, o, Almaniyada erməni bərbər Ovik Manukyana müraciət edib.

Almaniyanın blick.de saytı yazır ki, bu barədə O.Manukyanın özü məlumat verib. Ermənistandan Almaniyaya iş qurmaq üçün gəldiyini söyləyən bərbər ilk tanınmış müştərisinin məhz millimizin üzvü olduğunu söyləyib:

"Yeni iş yerimi açdıqdan cəmi iki gün sonra məşhur müştərim oldu. Bu, "Erzgebirge"nin futbolçusu Dmitri Nazarov idi".