bazar ertəsi, 05 may 2025

DİGƏR NÖVLƏR

Yeniyetmələrin Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı dəyişdirildi

10.01.2020 13:30 Oxundu 378


2022-ci ildə baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunları payızda keçiriləcək.

Cempion.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti məlumat yayıb.

Belə ki, Yeniyetmələrin Yay Olimpiya Oyunları - 2022-nin təşkilatçıları yarışın payız fəslinə təxirə salınması barədə qərar qəbul ediblər.

Yarış oktyabrın 22-də başlayacaq və noyabrın 9-da yekunlaşacaq. Məkan isə dəyişməyəcək - Olimpiada Seneqalın paytaxtı Dakar şəhərində keçiriləcək.

Yarışın payıza təxirə salınmasına səbəb kimi əksər iştirakçıların məktəb qrafiki və Afrika iqlimi göstərilib. Yarışın payızda baş tutacağı təqdirdə bir çox idmançı dərslərini rahatlıqla məşqlə birləşdirə biləcək.

Payız aylarında Seneqalın iqlimi quru olur və bu da idmaçılara müsbət təsir edəcək.

Dakardakı oyun Afrika qitəsindəki ilk Olimpiada olacaq. Seneqal 2022-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək yeganə namizəd olub.