bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Ronaldonun 12 il öncəki açıqlaması yenidən gündəmdə: "Roma" ilə oyun öncəsi

10.01.2020 16:00 Oxundu 328


İtaliya A seriyasının XIX turu çərçivəsində "Yuventus" "Roma" ilə qarşılaşacaq.

Cempion.az xəbər verir ki, Turin klubunun forvardı Kriştianu Ronaldonun həmin görüşə xüsusi hazırlaşdığı vurğulanıb.

2007-ci ildə "Roma"nı Çempionlar Liqasında 7:1 hesabı ilə məğlub edən "Mançester Yunayted"in formasını geyinən portuqaliyalı superulduz həmin vaxt paytaxt klubunun oyunçuları ilə mübahisə yaşamış, matçdan sonra "Roma"da formamı dəyişəcəyim oyunçu yoxdu" açıqlamasını vermişdi.

İtaliya mətbuatı bu düşmənliyin davam etdiyini, Ronaldonun yanvarın 12-dəki qarşılaşmadan sonra da romalıların heç bir futbolçusuna formasını verməyəcəyini iddia edib.