bazar, 04 may 2025

DİGƏR NÖVLƏR

Azərbaycan yelkənçilərdən ilk dəfə qızıl və gümüş medallar

10.01.2020 17:32 Oxundu 355


Azərbaycanın yeniyetmə yelkənçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.

Cempion.az xəbər verir ki, Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda qızıl, Murad İsmayıl kiçik yaş qrupunda gümüş medal qazanıb.

İsmayıl Kərimov isə ümumi nəticədə 4-cü yerə layiq görülüb.Yarış İtaliyanın Qarda gölündə “Optimist” sinfi üzrə keçiriləcək dünya çempionatına,

Portuqaliyada “Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına, eyni zamanda, 2021-ci ildə Bodrumda “Optimist” sinfi üzrə keçirilməsi planlaşdırılan dünya çempionatına hazırlıq məqsədi daşıyıb.

Bu Azərbaycan idmanı tarixində ilk belə haldır.