bazar, 04 may 2025

BİZİM FUTBOL

"Sumqayıt"ın daha bir rəqibi məlum oldu

10.01.2020 19:00 Oxundu 357


"Sumqayıt"ın Antalya toplanışı çərçivəsində daha bir rəqibi məlum olub.

Cempion.az xəbər verir ki, "kimyaçılar" qardaş ölkədə Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq.

Görüş yanvarın 25-nə nəzərdə tutulub. Məlumatı Karaqanda təmsilçisinin rəsmi saytı yayıb.

"Sumqayıt" isə dünən rəsmi saytı vasitəsilə Antalyada 3 yoxlama görüşünün keçiriləcəyini qeyd edib. "Gənclik şəhəri" təmsilçisi yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.