10.01.2020 12:02
327

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi”nin klubu təlim-məşq toplanışındakı sonuncu rəqibi məlum olub.
Cempion.az xəbər verir ki, “ağ-qaralar” yanvarın 24-də “Emirhan Sports Complex Side” stadionunda Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq.
Qeyd ed’k ki, qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-də Polşanın “LKS Lodz”, 20-də isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə də üz-üzə gələcək.
.