10.01.2020 12:19
408


Polina Rəhimova Azərbaycan millisində karyerasını başa vurur.
Cempion.az xəbər verir ki, bu haqda voleybolçumuz Avropa çempionatının saytına açıqlamasında bildirib. Braziliyanın "Sesi Bauru" klubunun heyətində çıxış edən 30 yaşlı voleybolçu, Niderlandda keçirilən olimpiya lisenziyalı Avropa Olimpiya Təsnifat Turnirindən sonra yığmadan gedəcəyini söyləyib. O bildirib ki, Polşa ilə bugünkü qarşılaşma onun millidəki son oyunu olacaq.
Qeyd edək ki, Rəhimova 2007-ci ildən Azərbaycan millisində oynayır.