10.01.2020 13:42
317


“Əla çıxış etdik. 80 dəqiqə matça nəzarət edən tərəf olduq. Ancaq nəticəni oyunun əvvəlində həll etməli idik”.
Cempion.az xəbər verir ki, bu sözləri Kataloniya təmsilçisinin kapitanı Lionel Messi İspaniya superkubokunun yarımfinalında “Atletiko”ya uduzduqları oyundan (2:3) sonra deyib.
"Barselona"nın hücumçu “Mundo Deportivo”ya müsahibəsində hesabda irəli olduqları halda uduzmağın çox üzücü olduğunu bildirib: “Belə uduzmaq ayıbdır. Çox üzücü məğlubiyyətdir. Döyüşmək və finala çıxmaq istədik. Ancaq uşaq səhvlərindən iki qol buraxdıq. Uduzanda tənqid edilmək normaldır. İrəli getmək üçün kifayət qədər gücü olan komandayıq”.
Qeyd edək ki, “Barselona” oyunun gedişanında 2:1 öndə olsa da, “Atletiko” 81 və 86-cı dəqiqədə vurduğu qollarla qələbə qazanaraq finala yüksəlib.