bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Cenk Tosun "Kristal Pelas"da

10.01.2020 14:27 Oxundu 345



Türkiyə millisinin hücumçusu Cenk Tosun klubunu dəyişir.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Everton”a məxsus olan 28 yaşlı futbolçu bu gün Premyer Liqa təmsilçisi “Kristal Pelas”da tibbi baxışdan keçir. Müayinə zamanı problem çıxmasa, Cenk mövsümün sonuna qədər icarə əsasında həmin komandada oynayacaq.

Qeyd edək ki, bu mövsüm “Everton”da 8 matça çıxan Tosun 1 qol vurub.