bazar, 04 may 2025

BİZİM FUTBOL

AFFA danışılmış oyunlara görə daha 3 nəfəri futboldan uzaqlaşdırdı: "Qarabag"ın sabiq futbolçusu da var

10.01.2020 16:17 Oxundu 413


AFFA danışılmış oyunlarla bağlı yeni açıqlama yayıb.

Cemрion.az qurumun saytına istinadən bildirir ki, “Qarabağ”ın sabiq oyunçusu Namiq Yusifov, “Səbail-2” komandasının sabiq oyunçusu Ceyhun Quliyev və “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı Kamran Əkbərovun bütün növ futbol fəaliyyətinə, futbol tədbirləri zamanı stadionlara girişinə qadağa qoyulub.

AFFA qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq belə qərar verib.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.