11.01.2020 13:23
376

"Səbail" heyətinə yeni futbolçu cəlb edib.
Cempion.az xəbər verir ki, "dənizçilər" "Keşlə"dən ayrılan Murad Qayalını transfer edib.
21 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Murad həm də U-21 yığmamızın üzvüdür. O, "Səbail"in qış transfer dönəmində ilk transferidir.
Klub daha öncə Mirabdulla Abbasov ("Neftçi": İcarədən göndərilib), Ağabala Ramazanov ("Zirə") Elvin Yunuszadə və İqor Korotetski ilə yollarını ayırıb.