11.01.2020 14:20
342

“Breşiya”nın futbolçusu Mario Balotellinin irqçi təhiqrə məruz qoyan azarkeş cəzalanıb.
Cempion.az xəbər verir ki, 38 yaşlı fanat 5 il müddətinə stadionlara buraxılmayacaq.
Bu müddətdə o, İtaliyada və Avropa İttifaqında keçirilən bütün idman yarışlarında arenaya daxil ola bilməyəcək. İnsident A seriyasının 11-ci turunda “Verona” ilə keçirilən qarşılaşmada yaşanmışdı.
Balotelli həmin qarşılaşmada təhqirə dözməyərək topu tribunaya vurmuş, sonra isə meydanı tərk etmək istəmişdi. Ancaq komanda yoldaşları onu fikrindən döndərə bilmişdilər. Balotelli cari mövsümdə A seriyasında 13 oyun keçirib, 5 qol vurub.