bazar, 04 may 2025

DÜNYA FUTBOLU

"Barselona"da baş məşqçi dəyişikliyi gözlənilir

11.01.2020 16:27 Oxundu 378

"Barselona"nın yeni çalışdırıcısının adına böyük ölçüdə aydınlıq gəlib.
Cempion.az  "AS" nəşirinə istinadən xəbər verir ki, klubun keçmiş  üzüvlərindən olan Xavi Ernandes Ernesto Valverdeni əvəzləyəcək. Kataloniya klubunun rəsmiləri hazırda Qətərin Əl-Sədd komandasını çalışdıran Xavi ilə dünən Dohada danşıqlar aparıblar. O, "Barselona"ya gələcəyi halda 2.5 illik müqavilə təklif olunub. Lakin əfsanəvi futbolçu yaya qədər gözləməyi məsləhət bilib. Bu səbəbdən Xavi ilə 2 illik müqavilə imzalanacaq.