11.01.2020 20:55
336

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb.
Cemрion.az xəbər verir ki, təmsilçimiz Macarıstanın “Pakş” klubu ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində “Akademika Klinçeni” (Rumıniya - 15 yanvar), “Kaysar”la (Qazaxıstan - 19 yanvar) da qarşılaşacaq. Yanvarın 20-dəki rəqib hələ məlum deyil.
Yoxlama görüşü
11 yanvar
“Sabah” - “Pakş” - 0:2
Belek. "Titanik Mardan" stadionu