11.01.2020 22:49
371


İtaliya A seriyasında 19-cu tura start verilib.
Cempion.az xəbər verir ki, "Milan" səfərdə "Kalyari" komandası ilə qarşılaşıb və 2 cavabsız qolla qələbə qazanıb. Qonaqların ikinci qolunu yeni transfer Zlatan İbrahimoviç vurub. Bu, isveçli hücumçunun sabiq klubuna qayıdışından sonra rəsmi oyunlarda ilk qolu olub.
"Kalyari - "Milan" - 0:2
Qollar: Leao, 46, İbrahimoviç, 64
Qeyd edək ki, bu nəticədən sonra "Kalyari" 29 xalla 6-cı, "Milan" 25 xalla 7-ci pillədə qərarlaşıb.