11.01.2020 23:19
354


Müqavilə ilə "Borunmut"a məxsus olan Asmir Beqoviç karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
Cempion.az "Sky Sporta" istinadən xəbər verir ki, "Milan" bosniyalı qolkiperi heyətinə cəlb etmək istəyir. Bildirilir ki, komandanın ikinci qapçısı Pepe Reyna "Aston Villa"ya transfer olmağa yaxındır. Bu səbəbdən klub onun yerini Beqoviçlə doldurmaq istəyir.
Qeyd edək ki, bosniyalı əlcək sahibinin ingilis klubu ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.