bazar, 04 may 2025

DÜNYA FUTBOLU

"Liverpul"dan növbəti qələbə

11.01.2020 23:33 Oxundu 335


İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.
Cempion.az xəbər verir ki, turun açılış matçında “Şeffild Yunayted” “Vest Hem”i qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər. “Arsenal” səfərdə “Kristal Pelas”la heç-heçəyə razılaşıb. “Lester” isə evdə “Sauthempton”a məğlub olub.
“Çelsi” bu turda “Bernli”ni, “Mançester Yunayted” isə “Norviç”i sınağa çəkib. Hər iki oyunda favorit göstərilən meydan sahibləri darmadağına sevinib.
Turun mərkəzi oyununda turnir cədvəlinin lider “Liverpul” Londonda “Tottenhem”lə qarşılaşıb. Yurgen Kloppun çalışdırdığı "mersisayıd"lılar minimal hesablı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 22-ci tur

10 yanvar

"Şeffild Yunayted" – "Vest Hem" 1:0
Qol
: Makbörni, 53.

11 yanvar

"Kristal Pelas" – "Arsenal" 1:1
Qol
: Ayyu, 54 – Obameyanq, 12.

"Çelsi – Bernli" 3:0
Qol
: Jorjinyo, 27. Abraham, 38. Hadson-Odoi, 49.

"Everton – Brayton" 1:0
Qol
: Riçarlison, 38.

"Lester – Sauthempton" 1:2
Qol
: Praet, 14 – Armstronq, 19. İnqs, 81.

"Mançester Yunayted" – "Norviç" 4:0
Qol
: Reşford, 27; 52. Marsyal, 54. Qrinvud, 76.

"Vulverhempton" – "Nyukasl" 1:1
Qol
: Dendonker, 14 – Almiron, 7.

"Tottenhem" – "Liverpul" 0:1
Qol
: Firmino, 37.

12 yanvar

18:00 Bornmut – Uotford
20:30 Aston Villa – Mançester Siti