11.01.2020 23:55
354

"Qalatasaray"ın futbolçusu Rayan Babelin "Ayaks"a keçidi rəsmiləşib.
Cempion.az İstanbul klubunun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu 2019/2020 mövsümünün qalan hissəsini icarə əsasında Niderland təmsilçisinin şərəfini qoruyacaq. "Ayaks" hollandiyalı oyunçu üçün "Qalatasaray" klubuna 1 milyon 550 min avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, R.Babel bu mövsüm Türkiyə Superliqasında 15 oyuna 5 qol vurub.