12.01.2020 10:47
341

Yığmamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" klubu İspaniya kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
Cempion.az xəbər verir ki, komanda səfərdə Sequnda B təmsilçisi "İbiza-Eivissa" ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta oynanılıb. Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. "İbiza-Eivissa" penaltilərdə 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Eddi start heyətdə meydana daxil olub və 58-ci dəqiqədə əvəzlənib.