12.01.2020 12:22
335

"Slaviya"da çıxış edən Fərid Nəbiyev Çexiyada klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi II Liqa təmsilçisi "Viktoriya Jijkov"a keçib. Gənclər yığmamızın üzvü yeni klubu ilə 2,5 illik müqavilə bağlayıb.
Nəbiyev yeni komandasında debüt etmək imkanı qazanıb. O, "Çeske Budeyovitse" ilə keçirilən yoxlama görüşündə 3 qol vurub. Qarşılaşma "Viktoriya Jijkov"un 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.