12.01.2020 16:43
307

"Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərəyə köçməyə hazırlaşır.
Cempion.az xəbər verir ki, 25 yaşlı xavbek "Mançester Yunayted"ə keçə bilər.
Portuqaliya klubunun prezidenti Federiko Varandasla idman direktoru Uqo Viana ilə birlikdə artıq Mançesterə yollanıb. Tərəflər arasında bu günlərdə danışıq baş tutacaq.
"Mançester Yunayted"in bu keçid müqabilində qarşı tərəfə 70 milyon avro ödəməsi gözlənilir. Bruno Fernandeşin yayda "Real"a transferi gözlənilsə də, keçid son anda baş tutmamışdı.