bazar, 04 may 2025

DÜNYA FUTBOLU

"Ayaks"ın futbolçusu karyerasını erkən başa vurur: ailəsinin istəyi ilə

12.01.2020 18:00 Oxundu 344


Niderland yığması və "Ayaks"ın yarımmüdafiəçisi Deyli Blind karyerasını erkən başa vurmağa hazırlaşır.

Cempion.az xəbər verir ki, 30 yaşlı futbolçu bir müddət əvvəl ürəyində yaşanan problem səbəbindən sevimli peşəsini erkən buraxmaq məcburiyyətilə üzləşib.

Çempionlar Liqasının qrup mərhələsinin "Valensiya" ilə qarşılaşmasında başı fırlanaraq yerə oturan Blindin atası - Niderland yığmasının sabiq baş məşqçisi Danni Blind oğlunun vəziyyətinin çox kafi olmadığını bildirsə də, ailə üzvlərinin futbolla vidalşmasını istədiyini deyib.