bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Mourinyo VAR-da oturan hakimləri tənqid etdi

12.01.2020 13:32 Oxundu 320


"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 22-ci turunda "Liverpul"a uduzduqları oyundan sonra VAR hakimlərini tənqid edib.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları görüşün 66-cı dəqiqəsində rəqib oyunçu Robertsona futbolçusu Davinson Sançesə etdiyi hərəkətə görə qırmızı vərəqə göstərməli olduğunu deyib:
 
"Liverpul" şanslı idi. Oyunu 10 futbolçu ilə bitirə bilərdilər. Ancaq VAR hakimləri həmin anda çay içdikləri üçün Robertsonun qırmızı vərəqəsini görmədilər".