bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Xorvatiyada yeni yaradılan milliyə onu baş məşqçi təyin etdilər

12.01.2020 14:30 Oxundu 323


Xorvatiya millisinin keçmiş yarımmüdafiəçisi Oqnyen Vukoyeviç ölkəsinin tarixinə düşüb.

Cempion.az xəbər verir ki, karyerasını yaxınlarda başa vurmuş 37 yaşlı futbolçu Xorvatiyada yeni yaradılan U-23 yığmasının ilk baş məşqçisi təyin olunub.

Bu millinin yaradılmasında əsas məqsəd ölkədə futbolun inkişafı, populyarlığın artırılması və əsas yığmaya hazır oyunçu yetişdirməkdən ibarət olacaq. Vukoyeviç heyətə futbolçu cəlb edərkən əsas millinin çalışdırıcısı Zlatko Daliç və Xorvatiya Futbol Birliyinin təlimatçısı Petar Krpandan məsləhət alacaq.