12.01.2020 21:54
347


“Barselona” ciddi itki ilə üzləşib.
Cempion.az xəbər verir ki, komandanın əsas üzüvlərindən olan Luis Suares bu gün dizindən əməliyyat olunub. Klubun rəsmi saytı uruqvaylı forvardın 4 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
32 yaşlı futbolçu ötən mövsümün sonunda da dizindən əməliyyat olunmuşdu.
Qeyd edək ki, Suares bu mövsüm Kataloniya klubunun heyətində 23 matçda 14 qol vurub, 11 qolun ötürməsini verib.