13.01.2020 09:12
410
410

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi Norveçin “Tromse” klubundan Brayan Fiabemanı transfer edib. “Çelsi” 16 yaşlı hücumçuyla 3,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Fiabema “Çelsi”nin U-17 və U-23 komandasında forma geyinəcək.