13.01.2020 17:00
1103


Millimizin sabiq qapıçısı Kamran Ağayev yenidən karyerasını bərpa edə bilər.
Cempion.az-a daxil olan məlumata görə Azərbaycan klublarından heç kim Ağayevin xidmətində maraqlı deyil.
Onun Türkiyədə oynamaq .şansı yaranıb. Əldə etdiyimiz məlumata görə millimizin sabiq baş məşqçisi Robert Prosineçki Kamranı "Kayserispor"a aparmaq istəyir. Çünki hələ millidə işləyəndən onun oyununu bəyənir. Yeganə problem Ağayevin uzun müddətdir futboldan kənar qalması və oyun praktikasının olmamasıdır.