13.01.2020 10:15
354


Bu gün İspaniya superkubokunun sahibi məlum olub.
Cempion.az xəbər verir ki, Səudiyyə Ərəbistanin Cidde şəhərində keçirilən həlledici qarşılaşmada Madridin ''Real'' və ''Atletiko'' komandaları üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatdığı üçün qalıb penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Zidanın komandası qızıl medalların sahib olub.
Qeyd edək ki, bununlada ''Kral klubu'' 11-ci dəfə superkubokun sahibi olub.
12 yanvar
İspaniya superkuboku ''Real'' (Madrid) - ''Atletiko'' - 0:0
(Penaltiler seriyası - 4-1)