cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Zirə"dən təzyiq altında ayrılıb

13.01.2020 18:00 Oxundu 335


Soni Nordenin "Zirə" ilə yollarını ayırmasının səbəbi müəyyənləşib.

Cempion.az xəbər verir ki, haitili yarımmüdafiəçi Hindistana qayıdacaq.

Belə ki, Norde "Zirə"dən əvvəlki klubu "Mohun Baqan"la anlaşıb. Bakılıların "özünə klub tap" tapşırığı verdiyi 31 yaşlı hücumameylli oyunçu "Mohun Baqan"la ilkin anlaşma əldə etdiyindən Premyer Liqa təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsinə razı olub. Norde Hindistan çempionatında çıxış edən digər klubların da diqqət mərkəzindədir. Ancaq onun məhz "Mohun Baqan"a keçidi gözlənilir.

Bunda azarkeş amilinin böyük rolu var. Belə ki, "Mohun Baqan" fanatları sosial şəbəkələr vasitəsilə rəhbərliyə təzyiq göstərərək, Soninin qaytarılmasını tələb ediblər. Norde "Zirə"yə cari mövsümün əvvəlində qoşulmuşdu.