13.01.2020 11:40
320

“Yuventus” klubu ciddi itkiylə üzləşib.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisinin türkiyəli müdafiəçisi Merih Demiral sıradan çıxıb. A Seriyasının 19-cu turunun “Roma” ilə oyununda (2:1) zədələnib. Qarşılaşmanın 19-cu dəqiqəsində Matteys de Liqtlə əvəzlənən Merihin son vəziyyəti tibbi müayinədən sonra bilinəcək.
Türkiyə milli komandasının da şərəfini qoruyan 21 yaşlı müdafiəçinin bir müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, bu mövsüm “Yuventus”la 5 oyuna çıxan Merih, “Roma” ilə matçda komandasının ilk qolunu vurmuşdu.