bazar, 04 may 2025

BİZİM FUTBOL

Millimizin üzvü debüt oynuna çıxıb

13.01.2020 13:25 Oxundu 317

Milli komandamızın oyunçusu "Vulverhempton"un heyətində ilk oynuna çıxıb.
Cempion.az xəbər verir ki, Renat U-23 komandasında "Blekbörn"ə qarşı matçda meydana çıxıb. 20 yaşlı hücumçu 0:1 hesabı ilə uduzduqları görüşdə 86 dəqiqə oyunda olub.

Qeyd edək ki, ötən ilin yayında Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayan Renat qış fasiləsinə qədər Portuqaliyanın  "Pakoş de Ferreyra” klubunda icarədə olub.