13.01.2020 13:39
317

"Mançester Yunayted"in yayda heyətinə qatacaq futbolçulardan biri müəyyənləşib.
Cempion.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Sportinq"in yarımmüdafiəçisi Brunu Fernadeşin transferində razılıq əldə edib. Bu keçid “Mançester Yunayted” klubuna 65 milyon funt-sterlinqə başa gəlib. Portuqaliya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçunun illik maaşı 6 milyon avro olacaq.
Qeyd edək ki, Lissabon klubu Fernandeşi 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.