cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Viləş" və "Şəmkir"in sabiq futbolçusu deputatlığa namizəd oldu

13.01.2020 19:42 Oxundu 832


Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Cempion.az xəbər verir ki, millət vəkili olmaq istrəyənlər arasında Azərbaycan futbolunun tanınmış simalarından Alay Bəhramov da var. Veteran futbolçu 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyini irəli sürüb.

Vaxtilə "Viləş" və "Şəmkir" klublarında çıxış etmiş Bəhramov 2 dəfə - 1998-1999 və 2001-2002 mövsümlərində Azərbaycan Premyer Liqasının bombardiri olub.