bazar, 04 may 2025

BİZİM FUTBOL

Millimizin üzvü Bunesliqa klubundan gələn təklifi geri çevirdi

13.01.2020 20:16 Oxundu 461


Milli komandamızın hücumçusu Rüfət Dadaşov Bundesliqadan təklif alıb. 

Cempion.az "reviersport" saytına istinadən xəbər verir ki, ikinci Bundesliqa təmsilçisi "Paderborn" bu yaxınlarda "Proyssen"dən ayrılan 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyib.

Ancaq ABŞ-a getmək istəyən Dadaşov bu keçidə razılıq verməyib. Həmyerlimiz okeanın o tayından II liqa təmsilçisi "Feniks Rizinq"lə anlaşıb.

18 turdan sonra "Paderborn" 12 xal toplayan "Paderborn" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.