14.01.2020 12:00
412


Xaqani Məmmədovun hakimlər komitəsindən gedişindən sonra onun kadrlarının "vurulması" prosesi də start götürdü.
Cempion.az xəbər verir ki belə hakimlərdən biri də Yaşar Abbasovdur.
Ştuxlikin gəlişindən sonra federasiyada sıxışdırılan 39 yaşlı laysman hakimlikdən getməyə qərar verib. Halbuki laysmanlar 47 yaşa kimi hakimlik edirlər və bu mənada Yaşarın hələ 10 ili qalmışdı. Lakin Məmmədovun kadrı olduğu üçün ona hakimlikə yer tapılmır.